
Dmitri Peskov
BƏƏ-də ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarında Rusiya nümayəndə heyəti tamamilə Müdafiə Nazirliyinin təmsilçilərindən ibarət olacaq.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Onların hamısı hərbçilər, Müdafiə Nazirliyinin təmsilçiləridir. Hələ ki onların adlarını açıqlamayacağıq”, – o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, dünən axşam nümayəndə heyətinin üzvləri Rusiya Prezidenti Vladimir Putindən təlimatlar alıblar.
D.Peskov vurğulayıb ki, üçtərəfli qrup cümə günü və lazım gələrsə, şənbə günü Əbu-Dabidə toplaşacaq:
“Yəni danışıqlar məhz bu gün və lazım olarsa, sabah keçiriləcək”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


