
Bakı.Trend:
Yanvarın 6-da adanın şərq sahilləri yaxınlığında yoxa çıxan
“F-16V” qırıcısına məxsus bort qeydiyyat cihazı (qara qutu)
aşkarlanıb.
Trend xəbər verir
ki, bu barədə Tayvanın Müdafiə Nazirliyinin rəsmisi keçirdiyi
brifinqdə bildirib. Onun sözlərinə cihaz hazırda dənizin
dibindədir.
“Qara qutunun dəqiq yerləşdiyi yer müəyyən edilib. Lakin o,
yerli xilasetmə gəmiləri üçün əlçatmaz olan böyük dərinlikdə
olduğuna görə, hərbçilər onun çıxarılması üçün Sinqapur və Yaponiya
şirkətləri ilə əməkdaşlıq edirlər”, – rəsmi nümayəndə bildirib.
İtkin düşən təyyarənin pilotunun harada olduğu isə hələlik məlum
deyil.
F-16V qırıcısı yanvarın 6-da axşam saatlarında Hualyan
qraflığının sahilləri üzərində dəniz üzərində uçuş zamanı radar
ekranlarından itib. Təyyarə gecə vaxtı təlim uçuşu həyata keçirən
qırıcılar qrupundan ayrılıb. İtkin təyyarənin pilotu kapitan Sin
maşın radar ekranlarından yoxa çıxmazdan əvvəl katapult olunmaq
niyyətində olduğunu bildirib, lakin onun təyyarəni tərk
edib-etmədiyi hələ dəqiq məlum deyil. Pilotun axtarışları nəticə
verməyib.


