
Çin “Yaogan-50-1” Yerin məsafədən zondlanması peykini orbitə buraxıb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu orbital buraxılış Çinin 2026-cı ildə ilk uçuşu olub. Kosmik gəmi 13 yanvar tarixində Pekin vaxtı ilə saat 22:16-da (Bakı vaxtı ilə saat 18:16) Şansi əyalətindəki Tayyuan Peyk Buraxılış Mərkəzindən buraxılıb.
Peyk CZ-6 (Changzheng-6) daşıyıcı raketinin köməyi ilə təyin olunmuş orbitə uğurla daxil olub.
Bildirilib ki, cihaz milli torpaqların tədqiqi, məhsuldarlığın qiymətləndirilməsi və təbii fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


