Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul oluna bilər

Baş səhifə

Bakı. Trend:

Avropa Ittifaqının Rusiya əleyhinə yeni sanksiyalar paketi artıq
fevral ayının sonlarında razılaşdırılıa bilər. Yeni məhdudlaşdırıcı
ölçülərə Rusiyaya dəbdəbəli malların tədarükünün tam qadağan
edilməsi daxil edilə bilər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Euractive” nəşrinin adıçəkilməyən Avropalı diplomata istinadən
yazdığına görə, Aİ-nin sayca 20-ci sanksiyalar paketinin fevralın
24-də qəbul olunacağı gözlənilir.




Məlumata əsasən, Finlandiya və İsveç hökumətləri Avropa
Komissiyasını Rusiyaya lüks əşyaların ixracını daha sərt
məhdudlaşdırmağa, rus neft tankerlərinə xidmət göstərilməsini
qanunsuz saymağa və Rusiya gübrələrinin Avropa İttifaqına idxal
kvotalarını azaltmağa çağırıb.

“300 avrodan baha olan lüks əşyaların ixracı artıq qadağan
olunub, lakin mövcud sxemlər sayəsində bir çox belə məhsullar yenə
də Rusiyada satılır”,- deyə nəşr qeyd edib.