
Bakı.Trend:
Rəsmi Vaşinqton İranda etirazçılara dəstək mesajı göndərib.
Dövlət katibi Marko Rubio öz “X” hesabında İran xalqına müvafiq
müraciət ünvanlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Amerika Birləşmiş Ştatları cəsur İran xalqını dəstəkləyir”, –
deyə o yazıb.
Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İrandakı vəziyyəti
olduqca mürəkkəb kimi xarakterizə edib. Onun sözlərinə görə,
mərkəzi hökumət artıq bir sıra şəhərlərə nəzarəti itirib, hərçənd
bir neçə gün əvvəl belə bir vəziyyətin baş verəcəyini təsəvvürə
belə gətirmək olmazdı.
Ağ Ev rəhbəri bir daha vurğulayıb ki, etirazçılara qarşı
zorakılıq tətbiq olunsa Birləşmiş Ştatlar buna sərt şəkildə
reaksiya verəcək.
Qeyd edək ki, ötən il dekabr ayının sonlarından etibarən İranın
milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər
itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə
etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları
olduğu bildirilir.


