Rusiyada Oneqa gölündə gəmi aşıb

Baş səhifə

Bakı. Trend:

Kareliya Respublikasında Oneqa gölünün sularında kiçik gəmi
aşıb.

Trend-in Rusiya
Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, hadisə Oyatevşçina kəndi yaxınlığında baş
verib. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər
alaraq xəstəxanaya yerləşdirilib.




Bildirilir ki, Kareliya Nəqliyyat Prokurorluğu hadisənin
başvermə səbəblərini araşdırır. Şimal-Qərb Nəqliyyat Prokurorluğu
isə su yollarında təhlükəsizliyin təmin olunması və sərnişinlərin
hüquqları ilə bağlı qanunvericiliyin icrasının yoxlanılması
məqsədilə araşdırmalara başlayıb.