Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın
İrandakı etirazçılara “Amerika yardımı” ilə bağlı açıqlamalarını
BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud
şəkildə pozulması adlandırıb.
Trend-in məlumatına görə, bu barədə nazirliyin bəyanatında
bildirilib.
Nazirlik qeyd edib ki, bu cür “məsuliyyətsiz mövqe” “Amerikanın
İran xalqına qarşı qorxutma və qanunsuz yanaşmasının davamıdır”, “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və ölkələrin milli
suverenliyinə hörmətlə bağlı beynəlxalq hüququn fundamental prinsip
və normalarının kobud şəkildə pozulmasıdır” və “İran vətəndaşlarına
qarşı zorakılığa və terrorizmə təhrik” kimi qiymətləndirilir.
İran XİN BMT Təhlükəsizlik Şurasının və təşkilatın Baş katibinin
beynəlxalq sülhü və təhlükəsizliyi ABŞ-nin “hərbi
birtərəfliliyindən” qorumaq öhdəliyini xatırlayıb.

