ABŞ Çini Tayvan ətrafındakı hərbi təlimlər fonunda dialoqa çağırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Çinin Tayvan ətrafında keçirdiyi
genişmiqyaslı hərbi təlimlər fonunda Pekini dialoqa və təmkinli
olmağa çağırıb.

Trend xəbər verir
ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd
olunub.




Bəyanatda vurğulanıb ki, Çinin Tayvana və regiondakı digər
ölkələrə qarşı hərbi fəaliyyəti və ritorikası gərginliyi lazımsız
şəkildə artırır. ABŞ tərəfi Pekini təmkin nümayiş etdirməyə,
Tayvana qarşı hərbi təzyiqi dayandırmağa və bunun əvəzinə
konstruktiv dialoqa üstünlük verməyə çağırıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton Tayvan boğazında
sülhü və sabitliyi dəstəkləyir və status-kvonun birtərəfli qaydada,
o cümlədən güc və ya məcburiyyət yolu ilə dəyişdirilməsinə
qarşıdır.