Bəzi siqaretlər üzrə aksiz dərəcəsi 7,3 dəfə artırılıb

Baş səhifə

Bakı. Trend:

Bu gündən Azərbaycan Respublikasında istehsal olunan tütün
məmulatları üzrə aksiz dərəcələri artırılıb.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, siqarilla (nazik siqarlar), tütündən hazırlanan
siqaretlər və onun əvəzediciləri üzrə aksiz 1000 ədədə görə
45,5 manatdan 55 manata qaldırılıb.




Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində
tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1000
ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5
manata
qaldırılıb.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli
tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”, çeynənilən və
ya buruna çəkilən tütünlər üzrə aksiz hər kiloqrama görə yerli
istehsalda 22 manatdan 162 manata, idxalda isə
30 manatdan 170 manata qaldırılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.