Çin raketi kosmik hədəfləri aşkarlamaq üçün peykləri orbitə buraxıb

Baş səhifə
Çin raketi kosmik hədəfləri aşkarlamaq üçün peykləri orbitə buraxıb

Çinin “Çançjen-7A” raket daşıyıcısı çərşənbə günü kosmik hədəfləri aşkarlamaq üçün yeni texnologiyaların sınaqdan keçirilməsi məqsədilə “Şijyan A” və B peyklərini orbitə çıxarıb.

“Report”un xəbərinə görə, CCTV bu barədə məlumat verib.

Raket Pekin vaxtı ilə səhər saat 6:40-da (Bakı vaxtı ilə saat 2:40) Haynan adasındakı Vençan kosmodromundan buraxılıb. Peyklər buraxılış vasitəsindən ayrıldıqdan sonra təyin olunmuş orbitlərə uğurla daxil olublar.

Peyklərdən əsasən kosmik tədqiqatlar, təcrübələr və müxtəlif yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.