HƏMAS tərk-silah edilməsə, bu ona baha başa gələcək – Tramp

Baş səhifə

Bakı. Trend:

HƏMAS həqiqətən də Qəzza atəşkəs razılaşmasının növbəti
mərhələyə keçməsini istəyirsə, onun tərk-silah olması üçün çox qısa
vaxtı var.

Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin
Netanyahu ilə görüşdən sonra bəyanatında deyib.




“Əgər onlar razılaşdıqları kimi tərk-silah edilməsələr, bu
onlara baha başa gələcək və biz bunu istəmirik”, – deyə Tramp
bildirib.