Polis Nəsimi rayonunda məktəblilərlə görüş keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin
təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən 42 nömrəli tam
orta ümumtəhsil məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!”
mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Trend xəbər
verir ki, görüşdə polis əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzin
norkoloq həkimi, Xəzər Universitetinin psixologiya departamentinin
və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqları iştirak
ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla
profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim
İsmayılov çıxış edərək ölkə üzrə bütün təhsil müəssisələrində
keçirilən tədbirlərin mahiyyəti və şagirdlərin bu istiqamətdə
maarifləndirilməsinin əhəmiyyətindən danışıb.




Çıxışlarda şagirdlərə narkomaniyanın fiziki, psixoloji və
ictimai təhlükələri, həmçinin erkən nikahın sosial fəsadları barədə
geniş məlumat verilib.

Sonda şagirdlərə dəyərli tövsiyələr verilib, onları
maraqlandıran suallar cavablandırılıb.