
“Fənərbaxça” klubunun prezidenti Sadettin
Saran narkotik əməliyyatı çərçivəsində ofisində saxlanılıb.
Metbuat.az xəbər
verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Açıqlamada deyilir
ki, şübhəli Sadettin Saran haqqında davam edən istintaqın bir hissəsi olaraq,
əldə edilən əlavə dəlillərə əsasən, o, narkotik maddə tədarükü, narkotik
istifadəsini asanlaşdırmaq və narkotik maddələrdən istifadə etmək ittihamları
ilə saxlanılıb. Məsələ barədə açıqlama verən “Fənərbaxça” klubundan bildirilib
ki, istintaq hələ davam edir və proses qanunun aliliyi prinsipləri
çərçivəsində, müvafiq orqanların səlahiyyətləri və məsuliyyəti altında aparılır.
Qeyd edək ki, bundan əvvəl Sadettin Saran onun barəsində irəli sürülən
ittihamları rədd etmişdi.


