FHN qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar monitorinqlər keçirib

Baş səhifə
FHN qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar monitorinqlər keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar monitorinqlər keçirib.

“Report” xəbər verir ki, ölkənin bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində keçirilən monitorinqlər zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.

Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.

Dövlət Yanğın Nəzarət Xidməti şöbə rəisi Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, Müayinələr nəticəsində yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozuntuları faktları aşkar edilib. Belə ki, gördüyünüz kimi propan qaz balonlarından istifadə aşkarlanmış və həmin balonlar sakinlərə vətəndaşlara xəbərdarlıq olunaraq ətrafa çıxarılıb.

FHN rəsmisi qeyd edib ki, əgər yanğın və ya partlayış hadisələri baş verərsə, bu tələblər cinayət məsuliyyətinə gətirib çıxara bilir.

MƏLUMAT YENİLƏNİR