Bakıda “Məlhəm Hospital”ın fasadında tüstülənmənin qarşısı alınıb – YENİLƏNİB

Baş səhifə

Xəbər verdiyimiz kimi, paytaxtın Nizami rayonunda yerləşən “Məlhəm Hospital”da yanğın baş verib.

APA-nın əldə etdiyi məlumata görə, binanın fasadında kiçik tüstülənmə olub və dərhal qarşısı alınıb.

***
23:33

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Məlhəm Hospital”da baş verib.

Yanğınla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.