Putin yadplanetlilərlə bağlı sualı cavablandırıb

Baş səhifə

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında ona
maraqlı bir müraciət olunub. Rusiya liderindən xahiş olunub ki,
əgər yadplanetli həyatın mövcudluğundan xəbəri varsa, lakin bu
məlumat məxfi olduğu üçün açıq şəkildə danışa bilmirsə, bunu göz
vurmaqla bildirsin.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Sonra sizə göz vuraram”, – deyə Putin gülümsəyərək cavab
verib.

Canlı mətbuat konfransında zamanı Rusiya lideri həmçinin
zarafatla sirli ulduzlararası 3I/ATLAS obyektindən söz açaraq onu
“məxfi silah” adlandırıb. Putin bildirib ki, 3I/ATLAS kometası Yer
üçün təhlükə yaratmır, çünki planetimizdən yüz milyonlarla kilometr
uzaqlıqda yerləşir. O əlavə edib ki, zərurət yaranarsa, onu
“Yupiterə göndərmək” də mümkündür.