ABŞ Venesuela sahillərində tankeri saxlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Venesuela sahillərində tankeri saxlayıb.

Trend xəbər verir
ki, bunu Amerika prezidenti Donald Tramp açıqlayıb.




“Xəbər baxımından maraqlı gün idi. Bildiyiniz kimi, biz indicə
Venesuela sahillərində bir tankeri saxladıq. Böyük tanker, çox
böyükdür. Başqa şeylər də baş verir. Siz bunu sonra görəcək və
başqa insanlarla danışacaqsınız”, – ABŞ lideri Ağ Evdə
jurnalistlərə bildirib.

Daha əvvəl “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, ABŞ
hərbçiləri Venesuela sahillərində neft tankerini ələ keçirib və
saxlayıblar. Gəmi sanksiya siyahısına daxil edilib. Agentlik qeyd
edib ki, bu addım iki ölkə arasında gərginliyin ciddi şəkildə
artmasına səbəb ola bilər.