Bakı. Trend:
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə
bağlı qaydalarda dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Layihəyə əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlı
təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək
münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə
üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı,
məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraq
təqdim olunacaq.

