
Bakı. Trend:
Yaponiya polisi noyabr ayında amerikalı dramaturq və aktyor
Ceremi Harrisi ölkəyə narkotik qaçaqmalçılığı cəhdində şübhəli
bildiyi üçün saxlayıb.
Trend xəbər verir
ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Harris noyabrın 16-da Okinava
prefekturasındakı Naha hava limanında gömrük əməkdaşları onun
çantasında ekstaz aşkar etdikdən sonra həbs edilib.
Qəzet qeyd edir ki, aktyor rəsmi ittiham olunarsa, yeddi ilə
qədər həbs cəzası ala bilər.
Ceremi Harris “Emili Parisdə” serialında Qreqori Elliot Düpre
obrazı ilə tanınır və Toni mükafatına namizəddir.


