Bakı. Trend:
Fransa senatı bir müddət əvvəl geniş müzakirələrə səbəb olan
xarici turistlər üçün gəmi ilə kruiz səyahəti üçün verginin tətbiqi
ilə bağlı qanun layihəsini təsdiqləyib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bundan sonra Fransanın istənilən
limanında gəmiyə minən xarici vətəndaşlardan adam başına 15 avro
vergi alınacaq.
Qanunun layihəsinin təşəbbüskarları əmin edir ki, bu vergi
sayəsində sahilyanı ərazilərdə ətraf mühitin qorunması üçün büdcəyə
illik təqribən 75 milyon avro yığılacaq.
Layihə sağçı-mərkəzçi senator Jan-Mark Deliya tərəfindən irəli
sürülüb. O belə bir vergitutumuna əsas kimi, Avropada kruiz
gəmilərinin hər il yeddi milyon ton karbon qazı emissiyası
yaratdığını göstərib.

