Bakı. Trend:
Ukrayna 2026-cı ildə müdafiə xərclərinə 66 milyard dollar vəsait
ayıracaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya
Sviridenko özünün “Telegram” kanalında açıqlayıb.
O, Ukrayna parlamentinin ölkənin 2026-cı il büdcəsini
təsdiqlədiyini bildirib.
“Büdcənin əsas prioritetləri müdafiə, təhlükəsizlik və sosial
davamlılıqdır. Dövlət siyasəti bunlara əsaslanır. Dövlət öz
gəlirlərinin 100 %-ni müdafiə qüvvələrinə yönəldir: Orduya maliyyə
dəstəyi verilməsi, hərbçi ailələrinə yardım, hava müdafiəsinin
gücləndirilməsi, pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla
Ukrayna silahlarının inkişafı və istehsalı”, – deyə Baş nazir əlavə
edib.

