
Bakı.Trend:
BMT-nin baş katibi Antoniu Quterreş Qvineya-Bisaudakı hərbi
çevrilişi qınayıb və ölkədə Konstitusiya nizamının dərhal bərpasına
çağırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi
nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Baş katib Qvineya-Bisauda baş verən hadisələrdən dərin
narahatlıq keçirir. O, hərbi qüvvələr tərəfindən həyata keçirilmiş
dövlət çevrilişini qətiyyətlə pisləyir. Baş katib Konstitusiya
nizamının dərhal və şərtsiz bərpasına, eləcə də həbs edilmiş bütün
dövlət məmurlarının azad edilməsinə çağırır”,- deyə bəyanatda
bildirilir.
Quterreş həmçinin vurğulayıb ki, 23 noyabrda ölkədə keçirilmiş
ümumi seçkilərdə xalqın sülh yolu ilə ifadə etdiyi iradənin nəzərə
alınmaması demokratik prinsiplərin yolverilməz pozuntusudur.


