Qazaxıstanın 2030-cü ilə qədər qaz hasilatı ilə bağlı planlarını açıqlandı

Baş səhifə

Bakı. Trend:

2024-cü ildə Qazaxıstan təxminən 59 milyard kubmetr qaz hasil
edib. 2030-cu ilə qədər bu həcmin təxminən 74 milyard kubmetrə
çatdırılması planlaşdırılır.

Trend xəbər verir
ki, bunu “KMG-Karaçaqanak”ın baş direktorunun istehsalat üzrə
müavini Andrey Kan Bakıda keçirilən SPE 2025 Xəzər Texniki
Konfransında deyib.

Onun sözlərinə görə, Qazaxıstan təxminən 3,8 trilyon kubmetr
həcmində böyük təbii qaz ehtiyatlarına malikdir və bunun 19 faizi
əsas yataqlarda cəmləşib. Ən iri qaz-kondensat və neft yataqları
isə ölkənin qərbində, eləcə də Tengiz, Kaşaqan və Karaçaqanak
bölgələrində yerləşir.




A. Kan bildirib ki, bunlar ölkənin resurs bazasının əsasını
təşkil edən nəhəng neft və qaz-kondensat yataqlarıdır.

O, həmçinin qeyd edib ki, 2024-cü ildə Qazaxıstan təxminən 59
milyard kubmetr qaz hasil edib.

“2030-cu ilə qədər təxminən 74 milyard kubmetr qaz hasilatına
çatmaq planlaşdırılır. Bu, böyük göstəricidir, lakin nəzərə almaq
lazımdır ki, hasil olunan qazın demək olar ki, 50 faizi lay
təzyiqinin saxlanılması və neftvermənin artırılması üçün geri
təbəqəyə vurulur. 2030-cu ilə qədər 74 milyard kubmetrlik hədəfə
yataqların işlənməsi, emal güclərinin genişləndirilməsi və qazın
çıxarılma əmsalının artırılması hesabına nail olunacaq”, – deyə o
əlavə edib.