G20 sammiti çərçivəsində Trampın Ukrayna planını müzakirə ediləcək – Starmer

Baş səhifə

Bakı. Trend:

Ukraynanın “dostları və tərəfdaşları” Cənubi Afrikada
keçiriləcək “İyirmilik Qrupu”nun (G20) sammiti çərçivəsində ABŞ
prezidenti Donald Tramp administrasiyasının münaqişəni həll etmək
planını müzakirə etmək üçün görüşəcəklər.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya baş naziri
Kir Starmer deyib.




Onun sözlərinə görə, tərəflər “tam atəşkəsin təmin edilməsi”
üçün “planın gücləndirilməsi” imkanlarını araşdırmaq
niyyətindədirlər.

G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda
keçiriləcək.