
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
əməl etməklə yanaşı, Qəzza zolağının yenidən qurulmasında iştirak
etməyə hazırdır.
Trend-in
məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya
Kallasın mətbuat katibi Ənvər əl-Anuni deyib.
O qeyd edib ki, Avropa Komissiyası “Qəzzada humanitar yardım və
yenidənqurma səylərini dəstəkləmək üçün sərəncamında olan bütün
vasitələri səfərbər edəcək”.
“Qəzza yenidən qurulmalıdır. Fələstinlilər yenidən təhlükəsiz və
qanuni bir mühitdə, dirçələn iqtisadiyyatla yaşamalıdırlar. BMT
Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə əsasən, “Sülh
Şurası” bir çərçivə müəyyən edəcək və Qəzzanın inkişafı üçün
ayrılan vəsaitlərin ardıcıl şəkildə və beynəlxalq hüquq
prinsiplərinə uyğun olaraq əlaqələndirilməsini təmin edəcək”, –
deyə o əlavə edib.
O, həmçinin xatırladıb ki, “BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə əsasən, iki demokratik dövlət – İsrail və Fələstin –
sülh və təhlükəsizlik şəraitində birgə yaşamalıdırlar”.


