Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət
göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi
vəzifəsinə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya
komissiyası fəaliyyətə başlayacaq.
İdarədən Trend-ə verilən məlumata görə, Apellyasiya komissiyası
Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində
fəaliyyət göstərəcək.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 24-25 noyabr
2025-ci il tarixlərində saat 09:00-11:00 aralığında qeyd olunan
təhsil müəssisəsinə yaxınlaşaraq komissiyaya müraciət edə
bilərlər.
Müraciət edən hər bir şəxsin şəxsiyyətini təsdiq edən sənədi
(şəxsiyyət vəsiqəsi) özü ilə gətirməsi vacibdir.
Qeyd edək ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələri
barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə
SMS vasitəsilə göndərilib.

