
Ötən gecə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları keçirilib.
Modern.az xəbər verir ki, 4 qrupda ümumilikdə 8 oyun keçirilib.
D qrupunda mübarizə aparan Azərbaycan millisi Bakıda İslandiyaya 0:2 hesabı ilə uduzub.
Bu qrupun digər matçında Fransa Ukraynanı darmadağın edib – 4:0. Nəticədə Fransa sona 1 tur qalmış mundialın final mərhələsinə vəsiqəni təmin edib.
D qrupu
Azərbaycan – İslandiya – 0:2
Fransa – Ukrayna – 4:0
F qrupu
Ermənistan – Macarıstan – 0:1
İrlandiya – Portuqaliya – 2:0
İ qrupu
Norveç – Estoniya – 4:1
Moldova – İtaliya – 0:2
K qrupu
Andorra – Albaniya – 0:1
İngiltərə – Serbiya – 2:0


