Türkiyənin təyyarəsi Gürcüstanda qəzaya uğrayıb

Baş səhifə
Türkiyənin təyyarəsi Gürcüstanda qəzaya uğrayıb

Türkiyəyə getmək üçün Azərbaycandan qalxan Türkiyənin C130 tipli hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılıb.