Trampla “F-35″lərlə bağlı son danışıqlar müsbət nəticələr verib – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampla “F-35” qırıcıları məsələsi ilə
bağlı son danışıqlarda müsbət nəticələr əldə edilib və Ankara bu
vədləri yerinə yetirməyə ümid edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan 8 noyabr Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak
etdiyi Azərbaycandan qayıdarkən təyyarədə deyib.




“ABŞ prezidenti Donald Trampla son danışıqlarımız zamanı mühüm
müsbət addımlar atdıq. Ümid edirəm ki, bu vədlər yerinə
yetiriləcək”, – deyə Türkiyə Prezidenti qeyd edib.