AİB Litvanın müdafiə ehtiyaclarının ödənilməsi üçün 300 milyon avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

Litva Avropa İnvestisiya Bankı (AİB) ilə ölkənin müdafiə
ehtiyaclarının təmin olunması məqsədilə 300 milyon avro məbləğində
kreditin ayrılmasını nəzərdə tutan saziş bağlayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, sənədi Litvanın maliyyə naziri Kristupas
Vaytekunas və AİB-in vitse-prezidenti Karl Nehammer
imzalayıblar.




“Məbləğ həm hərbi proqramlar çərçivəsində, həm də ikili
təyinatlı məhsullar üçün istifadə olunacaq”, – deyə litvalı nazir
sazişin imzalanmasından sonra keçirilən mətbuat konfransında
bildirib.

Vəsaitin dəniz və hava qüvvələrinin infrastrukturuna, quru
qoşunlarının inkişafına, eləcə də təcili tibbi yardım texnikası və
avadanlıqlarının alınmasına yönləndirilməsi nəzərdə tutulur.