
2026-cı ildə Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatı xərcləri 1,2 milyard manat və yaxud büdcə xərclərinin 3 %-i qədər qiymətləndirilir ki, bu da 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 11,5 % çoxdur, 2025-ci ilin proqnozuna nisbətən isə 1,5 % çoxdur.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində “2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Son 5 ildə kənd təsərrüfatı xərcləri 302 milyon manat və yaxud 32,8 % çox artırılıb”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


