
Bakı. Trend:
Məşhur amerikalı aktrisa Dayan Ledd 90 yaşında dünyasını
dəyişib.
Trend xəbər verir
ki, bu barədə “The Hollywood Reporter” qəzeti noyabrın 3-də onun
qızı, aktrisa Laura Dernə istinadən məlumat yayıb.
Məlumata görə, Ledd Kaliforniyanın Ohay şəhərindəki evində
qızının yanında vəfat edib. Ölüm səbəbi hələlik açıqlanmayıb.
Martin Skorsezenin “Alisa artıq burada yaşamır” (1974)
filmindəki rolu ilə tanınan Dayan Ledd karyerası ərzində 200-dən
çox film və televiziya serialında rol alıb. O, üç dəfə “Oskar”
mükafatına namizəd göstərilib — “Alice Doesn’t Live Here Anymore”,
“Wild At Heart” (1990) və “Rambling Rose” (1991) filmlərindəki
rollarına görə.
Qeyd edək ki, aktrisa “Wild At Heart” və “Rambling Rose”
filmlərində qızı Laura Dernlə birgə çəkilib.


