
Bakı. Trend:
Bu ilin yanvar–sentyabr ayları ərzində Azərbaycandan Türkiyəyə
435,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac
edilib.
Trend bu barədə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac
icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
700 min ABŞ dolları və ya 0,2 faiz artıb.
Təkcə sentyabr ayında Azərbaycandan qeyd olunan ölkəyə 41,1
milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki,
bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 600 min ABŞ dolları və
ya 1,5 faiz çoxdur.
Oktyabr buraxılışında o da qeyd olunur ki, 2025-ci ilin
yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə
ixracat həcmi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz
artıb və 2,6 milyard ABŞ dolları təşkil edib.


