Rusiyanın bu aeroportları fəaliyyətini bərpa edib

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Tambov, Yaroslavl və Volqoqrad şəhər hava limanlarında
hava gəmilərinin qəbulu və buraxılışına qoyulmuş məhdudiyyətlər
aradan qaldırılıb.

Trend xarici KİV-ə
istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava
Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artyom
Korenyako öz “Telegram” kanalında məlumat yayıb.




Onun sözlərinə görə, hava limanlarında hava reysləri uçuş
təhlükəsizliyinin təmin olunması məqsədilə dayandırılmışdı.

Qeyd edək ki, oktyabrın 31-ə keçən gecə Rusiyanın Kaluqa şəhər
aeoportunda da qeyri-uçuş zonası tətbiq olunmuşdu.