
Bakı.Trend:
Belçika Konqonu satınalma yolu ilə müstəmləkəyə çevirmişdi.
Konqonun Belçika tərəfindən müstəmləkələşdirilməsi digər Afrika
ölkələrinin müstəmləkəyə çevrilməsi ilə müqayisə oluna bilməz,
çünki bu, dövlət səviyyəsində aparılan müstəmləkəçilik idi.
Trend xəbər
verir ki, bu fikirləri Bu gün Bakı Dövlət Universitetində müəllim
və tələbə heyəti ilə “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və
onun bu günə qədər davam edən ağır fəsadları” mövzusunda
müzakirələrdə çıxışı zamanı Tədqiqatçı jurnalist Dyeedonne Kvebe
deyib.
O, bildirib ki, Belçika nümunəsində isə vəziyyət fərqli
olub:
“Bu cinayətlərin müəllifi olan Kral II Leopoldun kreditorları
idi”.
Tədqiqatçı jurnalist əlavə edib ki, kreditorlara Berlin
Beynəlxalq Konfransının (26 fevral 1885-ci ildə başa çatan) qərarı
ilə Konqonun “Azad Dövləti” inkişaf etdirmək üçün mandat
verilmişdi.


