Milli Məclisdə beynəlxalq parlament konfransı öz işinə başlayıb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30
illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı öz işinə
başlayıb.

Trend xəbər
verir ki, konfrans “Konstitusiya müasir dünyada dövlətlərin
müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr
olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi
əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu,
dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması
istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də
5 beynəlxalq təşkilatının təmsilçiləri iştirak edir.