Azərbaycan və Belarusda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa
Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri
Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,
Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-in
məlumatına görə, iclasda mədəniyyət, təhsil, idman və gənclər
siyasəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də diqqətdə
saxlanılıb.




Əməkdaşlıq çərçivəsində qarşılıqlı olan mədəniyyət günlərinin
keçirilməsi, gənclər forumlarının təşkili və şəhərlər arasında
qardaşlaşma təşəbbüslərinin genişləndirilməsinin iki ölkə arasında
humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi
bildirilib.