
Bakı. Trend:
Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən,
fiziki şəxs Baxşəliyev Rüfət İlqar oğluna məxsus “Mədinə” mərasim
evində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları
tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi
aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu
məlum olub.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, mərasim evinin qida təhlükəsizliyi qeydiyyatından
keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində havalandırma
sisteminin quraşdırılmadığı, mətbəxdə masaların bir qisminin asan
yuyulub təmizlənən materialdan hazırlanmadığı, soyuducuda rəflərin
korroziyaya məruz qaldığı, işçi heyətin ilkin və dövri tibbi
müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi,
müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən
edilib.
Həmçinin mənşəyi məlum olmayan pendir məhsulu aşkarlanıb. Pendir
məhsulundan nümunələr götürülərək laborotor müayinələrə cəlb
edilib.
Faktla bağlı mərasim evində nöqsanlar aradan qaldırılanadək
işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb,
rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.


