
Bakı. Trend:
Malayziyada iki günlük danışıqlardan sonra ABŞ və Çin nümayəndə
heyətləri gələn həftə ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti
Si Cinpin arasında keçiriləcək görüşdə müzakirə ediləcək
məsələlərin həlli üçün çərçivə razılaşması hazırlayıblar.
Trend xəbər verir
ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent məlumat verib.
Onun sözlərinə görə, görüş 30 oktyabrda Cənubi Koreyada baş
tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti
çərçivəsində keçiriləcək.
Skott Bessent əlavə edib ki, tərəflər kənd təsərrüfatı
məhsullarının alışı və nadir torpaq metallarının ixracına nəzarətin
təxirə salınması barədə razılıq əldə ediblər.


