Bakı. Trend:
Pakistanın Pəncab bölgəsində avtomagistralda ağır qəza baş
verib.
Trend bu barədə
xarici KİV-ə isitnadən xəbər verir.
Məlumata görə, sərnişin mikroavtobusu ilə yük maşının toqquşması
nəticəsində azı 8 nəfər həyatını itirib, 13 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb.
Toqquşmadan sonra aşan mikroavtobusdakı qurbanlardan 3-ü eyni
ailənin üzvləri olub. Yerli polis ağır qəzanın sürət həddinin
aşılması səbəbilə baş verdiyini bildirir.
Faktla bağlı cinayət işi açılıb.

