Azərbaycana 14 kq narkotik vasitəsinin keçirilməsinin qarşısı alınıb

Baş səhifə
Azərbaycana 14 kq narkotik vasitəsinin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan Respublikası vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılmışlar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

MƏLUMAT YENİLƏNİR…