Macarıstanda fövqəladə vəziyyət rejiminin müddəti daha altı ay uzadılıb

Baş səhifə

Bakı. Trend:

Macarıstan parlamenti Ukrayna ərazisindəki silahlı münaqişə ilə
əlaqədar ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin
müddətini daha altı ay uzadıb.

Trend-in
məlumatına görə, fövqəladə vəziyyət rejimi baş nazirə və hökumətə
bəzi qərarları parlament müzakirəsinə çıxarılmadan, fərmanlar və
qətnamələr vasitəsilə sürətləndirilmiş qaydada qəbul etməyə imkan
verir.




Xatırladaq ki, Macarıstan hökuməti 2022-ci ilin may ayında
Ukraynada baş verən hadisələr fonunda 180 gün müddətinə fövqəladə
vəziyyət elan edib və o vaxtdan bəri bu rejimin müddəti artıq
altıncı dəfə uzadılıb.