Kilian Mbappe Ronaldonun rekordunu təkrarlayıb

Baş səhifə

Bakı. Trend:

Madrid “Real”ı La Liqanın 9-cu turunda “Xetafe” ilə keçirdiyi
oyunda yeganə qolunun müəllifi Kilian Mbappe olub.

Trend xəbər verir ki,
Fransalı hücumçu ardıcıl 11-ci görüşdə həm klub, həm də yığma
səviyyəsində qol vurub.




La Liqada mövsümün ilk 9 oyununda onun aktivində artıq 10 qol
var.

“Opta”nın məlumatına görə, Mbappedən əvvəl bu göstəriciyə yalnız
Kriştianu Ronaldu nail olub. Portuqaliyalı ulduz 2014/15 mövsümündə
ilk 9 qarşılaşmada 17 qol vurmuşdu.