Bakı. Trend:
ABŞ-nin “B-1B Lancer” strateji bombardmançılarından ibarət qrup
Yaponiyanın şimalındakı Honsyudakı “Misava” aviabazasına gəlib.
Trend-in məlumatına görə, bu barədə “Newsweek” nəşri xəbər
verib.
Məlumata əsasən, bu təyyarələr ötən günlərdə Texas ştatının Day
Hərbi Hava Qüvvələri bazasından oraya yerləşdirilib. Amerika
komandanlığı bu təyyarə qrupunun məqsəd və vəzifələri barədə
məlumat verməyib.
Qeyd edilib ki, bombardmançıların yerləşdirilməsi Yaponiya
Özünümüdafiə Qüvvələrinin oktyabrın 20-dən 31-dək ölkə boyu
keçiriləcək irimiqyaslı hərbi təlimləri ərəfəsində həyata
keçirilir. Təlimlərdə ABŞ və Avstraliyanın silahlı qüvvələri də
iştirak edəcəklər.

