Maliyyə Nazirliyi yerli banklarda 10 milyard manatdan çox depozit yerləşdirib

Baş səhifə

Bakı. Trend:

Bu ilin aprel ayından etibarən vahid xəzinə hesabına sərbəst
qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında
yerləşdirilməsinə başlanılıb.

Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, ilin aprel-oktyabraylarında
təşkil olunmuş 22 depozit hərracında 10,4 milyard manat məbləğində
vəsaitin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.




Məlumata görə, yerləşdirilən vəsait müqabilində 76,9 milyon
manat faiz gəliri hesablanıb. Eyni zamanda qeyd edilib ki, həmin
faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə
ödənilib.