
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1780,8 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 96,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,7%, kimya sənayesi məhsullarının istehsalı isə 5,6% artıb.
Bildirilir ki, hesabat dövründə kimya sənayesi məhsullarından polietilen istehsalı 5,5%, etilen istehsalı 3,1%, karbamid istehsalı 2,6%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar 82,9%, plastmas, çubuqlar, millər və profillər istehsalı 33,7%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 17,2 faiz artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
Məhsul növləri | 2025-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.10.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 34 468,8 | 104,1 | 52,9 |
ondan azot, min kub metr | 18 198,9 | 102,4 | 48 |
Lak-boya məmulatları, ton | 30 345,8 | 100,6 | 397,6 |
Qeyri-üzvi kimyəvi maddələr, ton | 16 840 | 69,5 | 5630 |
ondan yod, ton | 150,2 | 97,5 | 30,2 |
Üzvi kimyəvi maddələr, min ton | 677,9 | 95,1 | 58,9 |
ondan: etilen, min ton | 117,8 | 103,1 | 0,4 |
propen (propilen), min ton | 107,9 | 100,3 | 0,7 |
metanol (metil spirti), min ton | 360,3 | 92,9 | 38,2 |
Etil spirti, min dkl | 64,3 | 110,7 | 44,1 |
Gübrə və azot birləşmələri, min ton | 485,5 | 102,7 | 68,5 |
Ondan: karbamid, min ton | 485,3 | 102,6 | 68,4 |
İlkin formada plastik kütlə, min ton | 228,1 | 104,0 | 21,5 |
ondan polietilen, min ton | 113,8 | 105,5 | 7,1 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 127,6 | 138,5 | 10,7 |


