
Bakı. Trend:
“Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə
Prezidenti onların həllində başda idi və o, onları qazanırdı”.
Trend-in
məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq
Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı
deyib.
Dövlət başçısının sözlərinə görə, Türkiyə dünyanın ən güclü
ordularından birinə sahibdir. “Hər dəfə ona ehtiyacım olanda o,
mənim yanımda olub. Mən Türkiyə Prezidenti Ərdoğana təşəkkür etmək
istəyirəm. O, heç vaxt uğursuz olmur. O, heyrətamizdir. Ona görə də
dostluğa görə sizə təşəkkür etmək istəyirəm”,- deyə Tramp əlavə
edib.


