Azərbaycan XİN Qəzzada atəşkəsin təmin olunmasını alqışlayıb

Baş səhifə

Bakı. Trend:

Qəzzada atəşkəsin təmin olunması, girov və məhbusların azad
edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz şəkildə çatdırılması
və yenidənqurma işlərinin aparılması istiqamətində əldə edilmiş
razılaşmanı alqışlayırıq.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin
bəyanatında qeyd olunub.

“Ümid edirik ki, razılaşmanın bütün mərhələləri lazımi şəkildə
həyata keçiriləcək və regionda ədalətli və davamlı sülhün təmin
olunması üçün səylər artırılacaq.

Bu nəticənin əldə olunmasına vasitəçilik edən Amerika Birləşmiş
Ştatları, Türkiyə, Qətər və Misirin səylərini təqdir edirik”, –
deyə bəyanatda vurğulanıb.