Viktor Orban: Avropa İttifaqı strateji əlaqə kimi Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiyaya nəzər yetirməlidir

Baş səhifə
Viktor Orban: Avropa İttifaqı strateji əlaqə kimi Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiyaya nəzər yetirməlidir

Avropa İttifaqı strateji əlaqə kimi Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiyaya nəzər yetirməlidir.

Report” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə danışıb.

“TDT ölkələrinin əldə etdiyi nailiyyətlər, qoyduqları investisiyalar Avropadan baxdıqda Aİ üçün qızıl rezervdir. Biz (Avropa-müəl.) Rusiya ilə əlaqələri kəsdik. Reallıqdır ki, bu gün Aİ strateji əlaqə kimi TDT və Orta Asiyaya nəzər yetirməlidir. Biz Avropadakı siyasi qarışıq vəziyyəti düzəltməliyik. Rusiya-Ukrayna müharibəsi Aİ tərəfindən öz müharibəmiz kimi qəbul edilir. Macarıstan müharibəyə qarşıdır, atəşkəsin olmalı olduğunu düşünür”,-o əlavə edib.

V.Orban sülhü müdafiə etməklə həm də Macarıstanın təhlükəsizliyini müdafiə etdiklərini vurğulayıb.

MƏLUMAT YENİLƏNİR…