Yer kürəsində güclü maqnit qasırğası başladı

Baş səhifə Hadisə

Yer kürəsində, proqnozların əksinə olaraq, güclü maqnit qasırğası başlayıb.

RESMİXEBER.az ,resmixeber.az-a istinadən verdiyi  xəbərə görə, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün “Telegram” kanalında məlumat verib.

“Çərşənbə axşamı (8 oktyabr) səhər erkən saatlarda, Moskva vaxtı ilə 5:42-dən sonra geomaqnit sahəsində dalğalanmalar G3 sinifli güclü maqnit qasırğası səviyyəsinə çatıb. Və bu, yenə də proqnozların əksinə olaraq baş verdi”, – deyə mütəxəssis yazıb.

Leus qeyd edib ki, maqnit qasırğası hələ ötən gün günortadan sonra başlayıb. O zaman qasırğa G2 sinfinə çatıb.

“Sinoptiklərin proqnozlarına görə, oktyabrın 8-də səhər saatlarında qasırğa G1 sinfinə keçməli, günorta isə tamamilə dayanmalı idi. Bununla belə, Yerin maqnitosferi, əksinə, güclənib”, – deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, indi maqnit qasırğasının sonrakı davranışını proqnozlaşdırmaq çətindir. Bununla belə, Leus ehtimal edir ki, dalğalanma qısamüddətli olacaq və yaxın saatlarda azalmağa başlayacaq.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir